top of page

Portfolio

İqtisadi inkişaf nazirliyi və TİKA təşkilatının sıfarişi əsasında Cocuqmərcnalı kəndinin sakinləri üçün tərəfimizdən inşa edimiş 15 ədəd tunel tipli istixana kompleksi. Layihəyə əsasən istixanalar inşa edilmiş, lazımi avadanlıqlarla-  damcılı suvarma sistemi, əl alətləri, o cümlədən toxum və gübrə ilə təchiz edilmişdir, Bir istehsal periodu (6 ay) müddətində treyninqlər keçirilmiş, benefesiarlara istehsal prosesi öyrədilmişdir.

BP neft şirkətinin sifarışı əsasında BTC neft kəmərinin keçdiyi ərazilərdə yerli sakinlərin sosial rifahının yaxşılaşdıeılması və dayanıqlı inkişafın təmin edilməsi məqsədi ilə tərəfimizdən 157 ədəd tunel tipli istixana kompleksi quraşdırılıb təhvil verilmişdir.Layihə iki mərhələdən ibarət olmuşdur. Birinci mərhələdə 27 ədəd, ikinci mərhələdə isə 130 ədəd istixana kompleksi quraşdırılmışdır. 

Müştərimizin sifarişi əsasında Bilgə qəsəbəsində, dənizdən 50 m məsafədə tam təchiz edilmiş ( suvarma və istilik sistemi daxil) dekorativ bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan şüşə örtüklü istixana kompleksi tərəfimizdən qurulub təhvil verilmişdir.

bottom of page